Siyasət 18:35 24.07.2018

Azərbaycan və Türkiyə XİN rəhbərlərinin görüşü yekunlaşıb (YENİLƏNİB)

Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında görüş başa çatıb. 

Qaynarinfo-nun xəbərinə görə, nazirlər Elmar MəmmədyarovMövlud Çavuşoğlu görüşün yekunlarına dair mətbuat konfransı keçirəcəklər. 

Xatırladaq ki, M. Çavuşoğlu Azərbaycanda səfərdədir.

***17.30
 
Bakıda Azərbaycan və Türkiyə xarici işlər nazirləri arasında görüş başlayıb.

Qaynarinfo-nun xəbərinə görə, nazir Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında əvvəlcə təkbətək, daha sonra geniş tərkibdə görüş keçiriləcək.  

Görüşdən sonra mətbuat konfransı nəzərdə tutulub.