Foto 17:46 27.10.2020

Azərbaycan xalqından cəbhədəki əsgərlərinə mənəvi dəstək məktubları (FOTO)

Ölkənin bir çox bölgəsində qurulmuş mobil poçt qutularına axışan azərbaycanlılar illərdir erməni işğalı altındakı şəhər və kəndləri xilas etmiş əsgərlərə duyğu və sevgilərini göstərirlər.


Qaynarinfo xəbər verir ki, bu sözlər TRT Haberin bir reportajında yer alıb. Reportajda deyilir ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncədə qurulan poçt qutusu hər yaşdan olan bütün vətəndaşların eyni zamanda üz tutduğu bir məkana çevrilib.


Vətəndaşlar "Salam əsgər" sözləriylə başlayan məktublarda əsgərlərin işğal olunmuş bütün torpaqları xilas edəcəyinə inandıqlarını, evlərinə qalib və sağ-salamat qayıtmalarını xahiş edirlər.


Məktublar dövlət orqanları tərəfindən hər gün cəbhənin müxtəlif yerlərində döyüşən əsgərlərə çatdırılır.

 

Qızı ilə birlikdə əsgərlərə məktub yazan Xəyalə Hüseynova həyat yoldaşının könüllü olaraq cəbhəyə gedən əsgərlər arasında olduğunu deyib.


Bütün əsgərlərlə qürur duyduqlarını və həmişə uğurları üçün dua etdiklərini söyləyən Xəyalə xanım "Buradan qızımla keçirdik. Gəl atama bir məktub yazaq, qoy əsgərlər oxuyub sevinsin, dedi. Allah onları qorusun. Onlar olmasa evimizdə rahat yata bilməzdik”, - deyib.


Aşıq İlgar Nəcəfoğlu məktubunda hisslərini şeirlə dilə gətirib. Qohumlarından cəbhədə vuruşan gənclərin olduğunu söyləyən aşıq "Hamısına uğurlar diləyirəm. Allah əsgərlərimizi və övladlarımızı qorusun. Qəhrəmanlarımıza ürək sözlərimi yazdım", - deyə TRT Haberə bildirib.


70 yaşlı Afət Əliyeva bunları deyib: "Uşaqlarımızın qələbə ilə qayıtmasını arzu edirəm. Hamısı gülə-gülə analarının yanına qayıtsın. Məktubda ürəyimdən keçənləri yazdım, onlara güc-qüvvət dilədim”.

 

Xatyırladaq ki, 27 sentyabrda Dağlıq Qarabağda başlayan əməliyyat nəticəsində Azərbaycan ordusu 4 şəhər mərkəzini, 3 qəsəbəni və 170-ə yaxın kənd və bəzi vacib təpələri Ermənistanın işğalından azad edib.

 

Alpər