Azərbaycan XİN Paşinyana cavab verib

Azərbaycan XİN Paşinyana cavab verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın fikirlərinə münasibət bildirib.

XİN-in mətbuat xidmətindən Qaynarinfo-ya bildirilib ki, Paşinyanın münaqişənin həlli kontekstində tez-tez bəyan etdiyi "sülh mühitinin yaradılması" Ermənistan işğalçı qüvvələri Azərbaycan ərazilərindən geri çəkilmədən və oradan zorla qovulmuş azərbaycanlı məcburi köçkünlər geri qayıtmadan mümkün deyil: 

"Ermənistan rəhbərliyi bunu aydın şəkildə başa düşməlidir. Əgər "A" deyilirsə, "B” də deyilməlidir. Bunlar ayrılmaz səbəb-nəticə əlaqəsində olan məqamlardır. Bütün bəlaların kökündə duran səbəb məhz Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar və işğalçı siyasətidir, nəticələr isə, sülh və qarşılıqlı etimad mühitinin yaradılması da daxil olmaqla yerdə qalan digər məsələlərdir. Bu, bir aksiomdur".

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR