Azərbaycan yığması böyük hesabla uduzdu

Azərbaycan yığması böyük hesabla uduzdu

Qadın futbolçulardan ibarət Azərbaycan yığması növbəti oyununu keçirib.

Qaynarinfo  APA-ya istinadən xəbər verir ki, milli komanda AVRO-2021-in seçmə qrup mərhələsində ilk ev matçında qüvvəsini sınayıb.

İlk görüşünü səfərdə İspaniyaya qarşı keçirən futbolçularımız 0:4 hesablı məğlubiyyətdən sonra doğma divarlar arasında Çexiya ilə görüşüb. Komandamız bu dəfə də böyük hesabla uduzub. "ASCO Arena”dakı matçda dörd qol vuran Çexiya isə Bakını qələbə ilə tərk edib.
 

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu noyabrın 10-da keçirəcək. Milli səfərdə Moldova ilə qarşılaşacaq.
XƏBƏRLƏR
BLOGLAR