Xəbər lenti

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi
Ölkə 12:49 06.06.2025

Azərbaycana gələn pakistanlı iş adamı hava limanında həbs edildi

Azərbaycana biznes qurmaq məqsədi ilə gələn Pakistan vətəndaşı həbs edilib.

Qaynarinfo Oxu.az-a istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Pakistan vətəndaşı əvvəlcə Bəhreyn Krallığına gedərək, orada bizneslə məşğul olub.

Orada biznesdə uğur qazana bilməyən iş adamı Azərbaycana gəlmək istəyib. Amma onun pasportunun müddəti bitib. İş adamı buna görə Pakistanın Bəhreyndəki səfirliyinə müraciət etsə də, səfirlik ona yeni pasport verməkdən imtina edib. O, Bəhreyndə bir nəfərlə tanış olub və 700 dollar ödəməklə saxta pasport alıb.

İş adamı Bəhreyn-Bakı reysi ilə Azərbaycana gələrkən hava limanında saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Pakistan vətəndaşının pasportu saxtadır. İş adamı tutularaq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb və o həbs edilib.

Məhkəmənin hökmü ilə pakistanlı iş adamı 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->