Azərbaycan yığma komandasının və “Bakı” klubunun qolkiperi Kamran Ağayev ilin futbolçusu nominasiyasının qalibi olub. Qarabağ futbol klubunun birdən-birə iki üzvü ilin mükafatını qazanıb. Yarımmüdafiəçi Reynaldo Da Silva ilin legioneri, klubun baş məşqçisi Qurban Qurbanov isə ilin baş məşqçisi nominasiyasının qalibi olub.
İlin komandası nominasiyasında birincilik Azərbaycanın şahmat üzrə kişilərdən ibarət yığma komandasına verilib. İlin idman xadimi nominasiyasının mükafatı isə “Bakı” futbol klubunun prezidenti Hafiz Məmmədova təqdim olunub.
Qaynar.info
Şərhlər