Xəbər lenti

Azərbaycanda 4 ay ərzində minlərlə ailə dağılıb (RƏSMİ)
Ölkə 12:05 14.06.2018

Azərbaycanda 4 ay ərzində minlərlə ailə dağılıb (RƏSMİ)

2018-ci ilin dörd ayı ərzində ölkədə 4868 boşanma halları qeydə alınıb. Ötən ilin eyni dövründə bu rəqəm 4896 təşkil edib.

Qaynarinfo-nun məlumatına görə, Dövlət Statistika Komitəsindən Oxu.Az-a verilən məlumatda qeyd edilib ki, bu ilin yanvar-aprel aylarında ölkədə 20406 ölüm halı olub.

2017-ci ildə bu rəqəm 20684 olub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,5-dən 6,3-ə qədər azalıb.

Bu ilin dörd ayı ərzində qeydiyyat şöbələri tərəfindən 17715 nikah və 4868 boşanma halları qeydə alınıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->