Xəbər lenti

Azərbaycanda 5,2 bal gücündə zəlzələ oldu
Ölkə 20:40 03.09.2023

Azərbaycanda 5,2 bal gücündə zəlzələ oldu

Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.

Məlumata görə, təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.

Mərkəzdən bildirilib ki, yeraltı təkanlar Ağdam, Saatlı, Beyləqan, Mingəçevir,Yardımlı, Qəbələ rayonlarında hiss olunub.

Zəlzələ həmçinin Aran rayonlarında da hiss edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->