Güclü zəlzələ Şamaxıda dağıntılara səbəb oldu: yaralananlar var - (YENİLƏNİB/VİDEO)
Fevralın 5-də ölkə ərazisində qeydə alınan yeraltı təkanlar nəticəsində Şamaxı rayon təcili yardım stansiyasına 20 çağırış daxil olub.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, Şamaxı Rayon İcra Hakimiyyəti və rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları ərazilərə baxış keçiriblər.
Evi uçan və ya qəzalı vəziyyətə düşən sakinlərə evlərə yaxın getməmələri tövsiyə olunub.
Daha əvvəl, AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi ilk olaraq Ağsu rayonunda 4,4 (saat 23:19), ardınca İsmayıllı rayonunda 6 (23:31), ardınca yenə Ağsuda 3,4 maqnituda gücündə (23:37) zəlzələnin baş verməsi barədə məlumat yayıb. Yeraltı təkanlar Pirqulu stansiyasından müvafiq olaraq, 7 km cənubda, 11 km cənub-qərbdə və 8 km qərbdə qeydə alınıb.
ETSN-in məlumatına görə, yeraltı təkanlar Bakı, Neftçala, Saatlı, Bərdə, Mingəçevir və Şəkidə 3 bal, Göyçayda 4 bal, Şamaxı və İsmayıllı şəhərində 4-5 bal hiss edilib.
Zəlzələ zamanı Şamaxı rayonunda dağıntılar baş verib. Nəticədə 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
****
Bu dəqiqələrdə Azərbaycanda zəlzələ baş verib.
Qaynarinfo xəbər verir ki, zəlzələ bir neçə rayonla yanaşı Bakıda da hiss olunub. Yeraltı təkanlar bir neçə saniyə davam edib.
Zəlzələ daha çox İsmayıllı, Şamaxı, Qobustan rayonlarında hiss olunub. Sakinlər evlərini tərk edib
Təbii fəlakətlə bağlı hələ ki, rəsmi məlumat yoxdur.
****
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi respublikamızda baş verən zəlzələ ilə bağlı məlumat yayıb.
Mərkəzdən Qaynarinfo-ya verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.
Zəlzələ nəticəsində hər hansı dağıntı və təlafatın olub-olmaması ilə bağlı məlumat verilmir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər