Xəbər lenti

Azərbaycanda 62 əcnəbi saxlanıldı (FOTOLAR)
Foto 18:48 25.07.2018

Azərbaycanda 62 əcnəbi saxlanıldı (FOTOLAR)

Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.

DMX-dən Qaynarinfo-ya verilən məlumata görə, iyulun 23-ü və 24-də qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 16-sı Gürcüstan, 14-ü Pakistan, 11-i Türkmənistan, 7-si Rusiya, 2-si Suriya, 2-si İraq, 2-si Özbəkistan, 2-si Türkiyə, 1-i Efiopiya, 1-i Sudan, 1-i Misir, 1-i Çin, 1-i Ukrayna və 1-i Latviya vətəndaşı olmaqla ümumilikdə 62 nəfər əcnəbi saxlanılıb.

Araşdırma zamanı qeyd edilən əcnəbilərin Azərbaycanda miqrasiya (olma və yaşama) qaydalarını pozduqları məlum olub.

Belə ki, saxlanılmış 10 nəfər Türkmənistan vətəndaşının (səyyar ticarət) və 1 nəfər Türkiyə vətəndaşının Azərbaycan Respublikasının ərazisində gəlişinin bəyan edilmiş məqsədini pozduqları məlum olub.

2 nəfər Pakistan və 1 nəfər Suriya vətəndaşının qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 48 nəfərin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Saxlanılmış əcnəbilərdən 39 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər əcnəbilərin ölkəmizin hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->