Ötən gün Dövlət İmtahan Mərkəzi mayın 13-də II və III ixtisas qruplarının abituriyentləri üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib.
DİM-dən verilən məlumata görə, sənəd vermiş 36559 abituriyentdən 630 nəfəri imtahanda iştirak etməyib.
İmtahanda iştirak edən abituriyentlərdən 31 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
Qəbul imtahanlarının nəticələrinə əsasən, yeddi nəfər abituriyent 700 bal toplayıb.
Qaynarinfo oxu.az-a istinadən həmin abituriyentlərin siyahısını təqdim edir:
II ixtisas qrupu üzrə cəmi iki nəfər maksimum bal toplayıb.
Onlardan biri Sumqayıt şəhəri, Təbiət elmləri təmayüllü gimnaziyanın məzunu Cahan Haşımzadədir.
Digəri isə Xaçmaz rayonu 8 saylı şəhər orta məktəbin məzunu Jalə Rəcəbovadır.
III ixtisas qrupu üzrə 700 bal yığanların sayı beş nəfərdir.
Onlardan ikisi Respublika Olimpiadasının qızıl medalçısıdır.
Bakı şəhər Texniki-Humanitar liseyinin şagirdi Zeynəb Quluzadə Azərbaycan dili və ədəbiyyatı fənni üzrə Respublika Olimpiadasının qızıl medalçısı olub.
Bakı şəhəri 45 nömrəli məktəbin məzunu Elvin Kərimli də Tarix üzrə Respublika Olimpiadasının qızıl medal sahibi, AzTV-də yayımlanan "Əlaçı” verilişinin qalibi olub.
Suraxanı rayonu 89 saylı məktəbin şagirdi Şahxanım Həsənova
Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin məzunu Xəyyam Sultanlı
Şərhlər