Ölkə 21:01 25.02.2020

Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı

Azərbaycanda 87 seçki məntəqəsi və məntəqə seçki komissiyaları buraxılıb.

Qaynarinfo-nun məlumatına görə, bu barədə Mərkəzi Seçki Komissiyasınıln bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, həmin məntəqələr 9 fevral Milli Məclisə keçirilən seçkilər zamanı yol verdikləri nöqsanlara görə buraxılıb.