Rusiyanın Rosatom şirkəti Azərbaycanın təmiz və təhlükəsiz enerji ehtiyacını qarşılayacaq seçimlər təqdim etməyə hazır olduğunu açıqlayıb.
Qaynarinfo mehrnews.com-a istinadən xəbər verir ki, verilən açıqlamada Bakı rəsmilərinin nüvə enerjisinin gətirilməsinə razılıq verəcəyi təqdirdə inkişaf etmiş və təsdiqlənmiş həll variantları təklif olunacaq.
Qeyd edək ki, sentyabrda Bakıda "Gələcəyin enerjisi: Çətinliklər və Fürsətlər" mövzusunda keçirilən konfransda iştirak edən Rosatomun beynəlxalq münasibətlər üzrə nümayəndəsi Aleksandr Merten çıxışında Azərbaycanda Nüvə Elmi və Texnologiyaları Mərkəzinin qurulacağını bildirmişdi.
Şərhlər