Xəbər lenti

Azərbaycanda baş vermiş dəhşətli zəlzələlər: yüzminlərlə insan həlak oldu... (SİYAHI)
Ölkə 12:18 16.11.2017

Azərbaycanda baş vermiş dəhşətli zəlzələlər: yüzminlərlə insan həlak oldu... (SİYAHI)

Xəbər verdiyimiz kimi, ötən gecə Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Nəticədə bəzi rayonlarda evlərə ciddi ziyan dəyib, yaralananlar olub.

Azərbaycan tarixində bu günə qədər bir çox böyük zəlzələlər baş verib. Onlar yüzminlərlə insanın ölümünə, böyük dağıntılara səbəb olub. "Qaynarinfo" Azərbaycanda baş vermiş ən güclü zəlzələlərin siyahısını təqdim edir:

1. Gəncə - 1139-cu ildə sentyabrın 30-da baş verib. 9 ballıq zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsib və Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zalugölü, Ağgöl, Qaragöl və Şamlıgöl yaranıb. Kənd və qalalar yerlə yeksan olub. Bəzi mənbələrə görə 230 min, bəzilərinə görə isə 300 min insan həlak olub. Zəlzələdən sonra Gəncə şəhəri əvvəl yerləşdiyi ərazidən bir az şərqdə yenidən salınıb.

2. Gəncə - 1235-ci ildə Gəncədə növbəti dəhşətli zəlzələ baş verib. Şəhərin 50 minə yaxın sakini təbii fəlakətin qurbanı olub.

3. Şamaxı - 1667-ci ildə baş verən zəlzələ 10 bala yaxın olub. Nəticədə 80 min insan həlak olub. 

4. Şamaxı - 1669-cu ildə baş verən zəlzələ nəticəsində minlərlə ev dağılıb, 7 min nəfər insan bu dəhşətli fəlakətin qurbanı olub.

5. Şamaxı - 1671-ci ildə şəhərdə ardıcıl üçüncü zəlzələ baş verib. Bu üç zəlzələ nəticəsində 100 mindən artıq insan həlak olub. 

6. Təbriz - 1721-ci il aprelin 26-da baş verən zəlzələdə qurbanların sayı 250 mindən çox olub.

7. Şamaxı - 1828-ci ildə 5.7 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar dağıntılara və insan tələfatına səbəb olub. Ölənlərin sayı dəqiq bilinmir

8. Şamaxı - 1859-ci ildə baş verən zəlzələ Şamaxını növbəti dəfə alt-üst edib. Minlərlə insan həlak olub, tarixi abidələr dağılıb.

9. Şamaxı - 1872-ci ildə şəhərdə yenə 5.7 bal gücündə zəlzələ baş verib. Nəticədə çox saydan insan həlak olub.

10. Şamaxı - 1902-ci ildə Şamaxı növbəti dəfə dəhşətli zəlzələnin acısını yaşayıb. 1902-ci il yanvar ayının 31-də gündüz saat 12 radələrində baş vermiş 6.9 nabal gücündə zəlzələ nəticəsində şəhər tamamilə dağılıb, 2 min nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20 min  nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 8 qədim məscid, 10-dan artıq mədrəsə, 40 qədim şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan dağılaraq yerlə yeksan olub. Zəlzələ nəticəsində şəhərdəki 5 min evdən 4 mini tamamilə dağılıb, Şamaxı uezdində yerləşən 126 kənddə 3 mindən çox ev, 40 məscid və çoxlu təsərrüfat tikililəri yerlə yeksan olub. 

11. Bakı -  2000-ci il noyabrın 25-də saat 21:30-da Bakıda 6,8 bal gücündə (bəzi məlumata görə, 7,9 bal) zəlzələ baş verib. Güclü təkanlar iki dəfə olmaqla 22 saniyə çəkib. Güclü təkanlar eyni anda Gəncə, Lənkəran və Sumqayıtda da hiss olunub. Bilavasitə zəlzələnin gücündən deyil, qorxaraq yaşadıqları binalardan özlərini atıb dünyasını dəyişmiş insanlar olub. Təkanlar nəticəsində Bakıda köhnə evlər zədələnib. Həmin gün gecəni küçədə keçirən insanların yaddaşına həmişəlik həkk olunub. 

Aydın
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->