Azərbaycanda borclu qaz abunəçilərinə SMS gələcək

Azərbaycanda borclu qaz abunəçilərinə SMS gələcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin yeni quraşdıracağı mexaniki sayğaclar vahid mərkəzdən idarə olunacaq.

Qaynarinfo-nun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında qurumun baş direktoru Ruslan Əliyev deyib.

Onun sözlərinə görə, qaz borcunu 1 ay müddətində ödəməyən abunəçilərə "mavi yanacaq" verilişi avtomatik dayandırılacaq.

"Abunəçilərə qaz borcu ilə bağlı SMS (bildiriş) gələcək. Bundan sonra 1 ay ərzində istifadə etdiyi qazın pulunu ödəməyən abunəçiyə qaz verilməsi dayandırılacaq. 30 gün müddətində qazı kəsmək səlahiyyətimiz yoxdur", - o qeyd edib.

R.Əliyev onu da əlavə edib ki, SMS-lərin göndərilməsinə yaxın 1 ayda başlanılacaq. İlkin olaraq 700 min abunəçiyə bildiriş gedəcək.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR