Qaynarinfo ATV-yə istinadən xəbər verir ki, bahalaşma həm bazarlarda, həm də mağazalarda hiss olunur.
Belə ki, 1 manat 30 qəpiyə satılan kartof hazırda 1 manat 79 qəpiyə təklif olunur.
Ekspertlər isə deyirlər ki, Azərbaycan kartofa tələbatını özü ödəyən ölkə sayılır. Amma bu il digər kənd təsərrüfatı məhsulları kimi kartofun da məhsuldarlığı aşağı olub.
Ona görə də, əvvəlki illərdən fərqli olaraq, hazırda bazarda kartof qıtlığı özünü daha tez büruzə verir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər