Xəbər lenti

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi (FOTO)
Ölkə 09:47 14.04.2021

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusdan vəfat etdi (FOTO)

Laçın Rayon Vergilər Şöbəsinin rəisi Fariz Zeynallı 62 yaşında vəfat edib.

"Report”un məlumatına görə, o, bir müddət əvvəl koronavirusa yoluxubmuş.

F.Zeynallı aprelin 13-də müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Zeynallı Fariz İsa oğlu 1959-cu ilin yanvar 1-də Laçın şəhərində anadan olub. 1976-cı ildə Laçın şəhər 1 N-li orta məktəbi bitirib.

1985-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) Mühasibat uçotu ixtisasını bitirib. 1985-1988-ci illərdə Laçın Rayon Əmanət Bankında müfəttiş, 1988-1990-cı illərdə Laçın Rayon Nəzarət Komitəsi sədrinin müavini, 1991-ci ildən Laçın Rayon Vergi Müfəttişliyində şöbə müdiri vəzifəsində çalışıb.

2006-cı ildən ömrünün sonuna qədər Laçın Rayon Vergilər Şöbəsinin rəisi vəzifəsini tutub.

Azərbaycan Prezidentinin 2009-cu il 11 fevral tarixli, 738 nömrəli sərəncamı ilə F.Zeynallı "Vergilər Nazirliyinin 10 illiyi (2000-2010)” yubiley medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->