Video 15:57 29.04.2019

Azərbaycanda dəhşətli qəza: 8 nəfər öldü (YENİLƏNİB/VİDEO)

Göygöl rayonunda ağır yol qəzası nəticəsində ölənlər və yaralanın adları məlum olub. 

"Report"un məlumatına görə, bunlar Daşkəsən rayon sakinləri - 1995-ci il təvəllüdlü Eldəniz Gəray oğlu Həsənov, 2018-ci il təvəllüdlü Rübab Eldəniz qızı Həsənova, 1934-cü il təvəllüdlü Firəngiz Dəmir qızı Orucova və 1958-ci il təvəllüdlü Nahidə Qəzənfər qızı Orucova (hamısı "VAZ-2107" markalı avtomobildə olublar), həmçinin 1986-cı il təvəllüdlü Aslan Əbülfət oğlu Camalov, 1949-cu il təvəllüdlü Həmid Səməd oğlu Bayramov, 1995-ci il təvəllüdlü Sevinc Mehman qızı Camalova və 2016-cı il təvəllüdlü Hüseyn Aslan oğlu Camalovdur. 

Bundan əlavə, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Ruhiyyə Ramiz qızı Həsənova xəsarət alıb. 

***14.28

Göygöldə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Qaynarinfo "Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu Qızılca kəndi ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan "VAZ 2106” və "VAZ 2107” markalı iki avtomobil toqquşub. Səhiyyə Nazirliyindən verilən məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb. Onlardan 3-ü kişi, 3-ü qadın, 2-si isə uşaqdır. Bir nəfər qadın isə Gəncə şəhər Xəstəxanasının travmotologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağırdır.

Qəzada həlak olan 2 nəfərin şəxsiyyəti məlum olub. Onlar "VAZ 2107"nin sürücüsü, 1995-ci il təvəllüdlü Eldəniz Gəray Oğlu Həsənov və 1986-cı il təvəllüdlü Aslan Əbülfəz oğlu Camalovdur.