Son illər ərzində Azərbaycanda doğulan qızların sayı oğlan uşaqlarının sayından az olsa da, ümumilikdə ölkə üzrə cins nisbətində qadınların sayı kişiləri üstələyir.
Trend-in məlumatına görə, bioloji normaya əsasən, hər 100 doğulan qıza 105-107 oğlan düşməlidir. Lakin hazırda Azərbaycanda yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 46,9 faiz təşkil edərək hər 100 doğulan qıza 113 oğlan düşür.
2015-ci ildə Azərbaycanda bu göstərici 117, 2016 və 2017-ci illərdə 114 olub.
Ölkədə hər 1000 nəfər kişiyə 2016-ci ildə 1007, 2017-cı ildə 1006 qadın düşüb. Bu ilin əvvəlinə olan məlumata görə, ölkədə hər 1000 nəfər kişiyə düşən qadınların sayı 1004, bu il iyunun 1-ə olan məlumata görə isə 1005 qadın düşüb.
Şərhlər