Xəbər lenti

Azərbaycanda dünya çempionatı ilə bağlı film çəkilir
İdman 18:32 22.10.2013

Azərbaycanda dünya çempionatı ilə bağlı film çəkilir

Futbol üzrə dünya çempionatının 100 illiyinə həsr olunmuş filmin çəkilişləri Azərbaycanda da aparılır.

Qaynar.info saytı Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verir ki, Fransa şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçiriləcək FİFA dünya çempionatının 100 illiyinə həsr olunmuş "F2014" adlı film çəkilir.

Filmin çəkilişləri Braziliya, Fransa, İsveçrə ilə yanaşı, Azərbaycanda da aparılır. Ölkəmizdə aparılan çəkilişlər Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası tərəfindən həyata keçirilir.

Filmdə Beynəlxalq Futbol Federasiyasının prezidenti Jül Rime rolunu məşhur fransız aktyoru Jerar Depardye canlandırır.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->