2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda əczaçılıq məhsullarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 faiz artaraq 1,18 milyon manata çatıb.
"Trend”in məlumatına görə, ölkədə istehsal olunan dərmanlar arasında antibiotiklərin payı 69,1 min manat təşkil edib. Qalan hissə digər növ dərman preparatlarının payına düşüb.
Qeyd edək ki, Azərbaycanda əczaçılıq məhsullarının istehsalının artımı 2016-cı ilin avqustundan başlayıb. Növbəti yeddi ay ərzində bu sahədə artım tempi orta hesabla 15-20 faiz təşkil edib. Bu ilin martından başlayaraq əczaçılıq məhsullarının istehsalı iki-üçqat artımla müşayiət olunub.
Azərbaycan hökumətinin proqnozlarına əsasən, bu ilin sonunadək 1,5 milyon manat dəyərində əczaçılıq məhsulları istehsal olunacaq. 2021-ci ildə istehsalın 90 milyon manata çatacağı proqnozlaşdırılır.
Şərhlər