Xəbər lenti

Azərbaycanda elə vəzifələr var ki, aylıq maaşı 50 mindən çoxdur... - Nazim Bəydəmirli
Ekonomiks 18:05 05.05.2021

Azərbaycanda elə vəzifələr var ki, aylıq maaşı 50 mindən çoxdur... - Nazim Bəydəmirli

"Banklarda elə vəzifələr var ki, ayda 50 mindən çox maaşı var”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı alim Nazim Bəydəmirli "AccessBank”da aylarla boş qalan və aylıq gəliri 10-15 min manat olan Maliyyə üzrə Baş direktor vəzifəsinin səlahiyyətlərindən danışarkən deyib. Ekspert sözü gedən vəzifənin 5-10 il təcrübə tələb etdiyini qeyd edib:

"Belə iş yerləri əsasən özəl sektorda üstünlük təşkil edir. Eyni zamanda dövlət sektorlarında da var. Orta statistik Azərbaycan bankında filial müdiri 8-10 min və daha çox maaş alır. Bununla yanaşı həm də bonus alır. İdarə Heyətinin üzvləri, müxtəlif departament rəhbərlərinin maaşları 10 min manatdan yuxarıdır. Bu vəzifəni tutmaq üçün kifayət qədər bilik və təcrübə lazımdır. Həmçinin onun bank sektorunda tanınması da vacibdir. Elə vəzifələr var ki, aylıq maaşı 50 mindən çoxdur. Onların da bundan əlavə, bonusları olur. Müxtəlif banklar, sığorta şirkətləri və digərləri  fəaliyyətlərində elə sxemlər qururlar ki, əslində ilin yekunlarına dair az gəlir göstərirlər. Bunu az vergi ödəmək məqsədi ilə edirlər. Bəzən belə sxemlərdən istifadə olunur. Bir çox bank sahiblərinin səhmdarlarının illik gəlirləri haqqında statistik məlumatlar yayılmışdı və cəmiyyət buna təpki göstərmişdi”. 

Ekspert Azərbaycanda iqtisadiyyatın şəffaflaşdırılmasına ehtiyac olduğunu bildirib:

"Bunun üçün nizam-intizamlı vergi ödəyicilərinə müəyyən güzəştlər olmalıdır. Ancaq təəssüf edirəm, böyük şirkətlər, o cümlədən banklar oliqrax qruplara, məmur sahibkarlığına  məxsusdur deyə, onlar da çox asan yollarla vergidən yayına bilirlər. Müxtəlif xərclərini şişirdərək vergi qanunvericiliyini pozmamaq üçün daha dərin, daha düşünülümş maliyyə sxemləri qurur və normal da qazanırlar”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->