Sağlamlıq 17:10 07.05.2020

Azərbaycanda əlillik qrupları ləğv edilir

Azərbaycanda əllillik qruplarının ləğv edilməsi təklif olunur.

"Report”un əldə etdiyi məlumata görə, bununla bağlı "Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna dəyişiklik edilir.

Dəyişikliklə, qanunvericilikdə I qrup əlillik ifadəsi – I dərəcəcli əlillik, I qrup əlillik ifadəsi – II dərəcəli əlillik və III qrup əlillik ifadəsi isə III dərəcəli əlillik ifadəsi ilə əvəz edilir.

Qanuna dəyişiklik layihəsi yaxın vaxtlarda Milli Məclisdə iclasında müzakirəyə çıxarılacaq.