Azərbaycanda əmanətlərin sığortalanmasının müddəti artırılır.
"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qeyri-rəsmi olaraq bank rəhbərlərinə bu barədə məlumat verilib. Bildirilir ki, əmanətlərin sığortalanması müddəti cari ilin dekabrın 4-nə kimi uzadılır.
Qeyd edək ki, bu müddət 9 ayı əhatə edir.
Xatırladaq ki, əmanətlərin sığortalanması müddəti bu gün başa çatıb. Ekspertlər müddətin uzadılmasının zəruri olması barədə açıqlama verirdilər. Ancaq bu məsələ qanunla tənzimlənir. Bildiyimiz kimi, VI çağırış Milli Məclis hələ ki öz işinə başlamayıb. Ancaq əhali əmanətləriylə bağlı narahat olduğundan bir sıra banklar müddətin uzadılmasına qərar veriblər.
Şərhlər