Xəbər lenti

Azərbaycanda əmanətlərin sığortalanmasının müddəti artırılır
Ekonomiks 21:05 04.03.2020

Azərbaycanda əmanətlərin sığortalanmasının müddəti artırılır

Azərbaycanda əmanətlərin sığortalanmasının müddəti artırılır. 

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qeyri-rəsmi olaraq bank rəhbərlərinə bu barədə məlumat verilib. Bildirilir ki, əmanətlərin sığortalanması müddəti cari ilin dekabrın 4-nə kimi uzadılır.  

Qeyd edək ki, bu müddət 9 ayı əhatə edir. 

Xatırladaq ki, əmanətlərin sığortalanması müddəti bu gün başa çatıb. Ekspertlər müddətin uzadılmasının zəruri olması barədə açıqlama verirdilər. Ancaq  bu məsələ qanunla tənzimlənir. Bildiyimiz kimi,  VI çağırış Milli Məclis hələ ki öz işinə başlamayıb. Ancaq əhali əmanətləriylə bağlı  narahat olduğundan  bir sıra banklar müddətin uzadılmasına qərar veriblər. 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->