Xəbər lenti

Sənət 18:07 27.12.2017

Azərbaycanda ən çox izlənən komediya filmləri (SİYAHI)

Azərbaycan kinomotoqrafiyası son illər komediya janrında çəkilmiş filmləri daha çox uğur qazanır. Artıq xarici və türk filmləri ilə yanaşı, yerli komediya filmlər izləyib, yerli və milli zarafatlara istədiyiniz qədər gülə bilərsiniz. 

Qaynarinfo sizə son illər yerli çəkilmiş və ən çox izlənmiş yerli komediya filmlərini təqdim edir:
 
1İlkin Həsəni, Ramil Babayev ,Elşən Orucov, Azər Baxşəliyev, Nicat Rəhimov, İlkin Misgərlinin rol aldığı "Axırıncı Yol" filmi son illər çəkilmiş ən yaxşı komediya filmlərindən hesab olunur. İlham Qasımovun rejissoru olduğu film "Youtube" kanalında min 6 069 229 min dəfə izlənib.
2. İlham Qasımovun rejissoru olduğu "Oğlan evi" ilə başlayaq. Film "Youtube" kanalında 3 731 671 min dəfə izlənib. Filmin uğurlu alınması "Oğlan evi 2" çəkildi. İkinci isə 1 810 257 min dəfə izlənib. Filmdə məşhur aktyorlar Fərda Amin, Elcan Rəsulov, İslam Mehrəliyev, Elşən Hacıbabayev, Abbas Qəhrəmanov kimi məşhur aktyorlar rol alıb.

 
4. Kənan M.M-in rejissoru olduğu "Ay Brilliant" filmi də 3 170 172 min dəfə izlənib. Filmdə İlkin Həsəli, Ramil Babayev, Elşən Orucov, Azər Baxşəliyev, Pərvin Abıyeva kimi məşhurlar rol alıb. 
 
2. "Xoxan" filmi qorxu və komdiya janrında çəkilib. Rejissor Samir Kərimoğlunun filmi "Youtube" kanalında 3 077 960 min dəfə izlənib. Filmin baş rol ifaçısı bütün komediya filmində görməyə alışdığımız simalar Fərda Amin, Elməddin Cəfərov və başqa tanınmış məşhurlardır.

6. Elmir Süleymanovun rejissoru olduğu komediya filmlərindən biri də 2016-cı ildə çəkilən "Gizlənpaç" filmidir. Baş rollarda Müşfiq Şahverdiyev, İlkin Misgərli, Zarina Qurbanova və başqa tanınmış aktyorlar rol alıb. Filmin izlənmə sayı 2 216 536 olub.
5. Rəşad Qarayevin rejissoru olduğu "My Name is İntiqam" filmi 1 783 077 min dəfə izlənib. Filmdə baş rolu Müşfiq Şahverdiyev oynayır. Filmin uğur gətirməsi onun ikinci hissəsinin çəkilməsi ilə nəticələndi. "My Name is İntiqam Moldova" "Youtube"da 1 465 325 min dəfə izlənib.
 

8. Xəzər filmin prodüsserliyi ilə çəkilmiş "Niyə?" filminin baş rolunu Fərda Amin və Müşviq Şahverdiyev oynayır. Filmin baxşı sayı 1 236 699 mindir. Film 2017-ci ildə çəkilib.  
7. Demək olar hər komediya filmində üzünü görməyə alışdığımız Elməddin Cəfərov, Dilarə Əliyevanın baş rolunu oynadığı "Hoqqa" filminin izlənmə sayı 1 015 978 minə çatıb. Ssenari müəllifləri Fariz Əliyev, Kənan Yusif, Erkin Ergin, İlkin İmanov, Süleyman Süleymanzadədir.  
Bu il çəkilən və hələ internetdə yayımlayan komediya filmlərindən isə "Təhmin və Zaur, "Kəklikotu","Hozu", "3 badam 1 qoz" filminin də adlarını çəkmək olar. 
 
 

 


 
Lalə Niftaliyeva

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?