Şotlandiyanın birinci naziri və Şotlandiya Milli Partiyasının (SNP) lideri Humza Yousaf digər partiyalarla fikir ayrılıqları fonunda istefa verdiyini bildirib.
Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.
"Siyasi parçalanmadan sonra (digər partiyalarla) münasibətlərimizi bərpa etmək ancaq başqasının rəhbərliyi ilə mümkündür. Buna görə də mən SNP milli katibliyinə partiyanın lideri vəzifəsindən istefa vermək niyyətim barədə məlumat verdim və məni əvəz edəcək bir liderin seçilməsinə mümkün qədər tez başlamasını xahiş edirəm", deyə Humza Yousaf bildirib.
Bundan əvvəl "Tayms" qəzeti siyasətçinin mümkün gedişi barədə məlumat vermişdi. Nəşr qeyd edib ki, Humza Yousaf həftəsonu qarşıdan gələn etimadsızlıq səsverməsindən xilas ola bilməyəcəyinə qərar verib.
Nəşr vurğulayır ki, Humza Yousaf Şotlandiyanın Yaşıllar Partiyası ilə koalisiya müqaviləsini dayandırdığını elan etdikdən bir gün əvvəl SNP yerli parlamentdə çoxluğunu itirib.
Aydın
Şərhlər