Xəbər lenti

FIFA və UEFA İspaniya komandalarının və millisinin
İdman 18:05 29.04.2024

FIFA və UEFA İspaniya komandalarının və millisinin "üstündən xətt" çəkir?

FIFA və UEFA İspaniya komandalarının beynəlxalq turnirlərdə iştirakını qadağan edə bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə "Marca" yazıb.

Bunun İspaniya hökumətinin İspaniya Kral Futbol Federasiyasının (RFEF) işlərinə müdaxiləsi ilə əlaqədar olduğu bildirilir. Bundan əvvəl İspaniya RFEF-in işinə nəzarət etmək üçün xüsusi komissiya yaradılıb. 

Bildirilir ki, bu səbəbdən İspaniya millisi 2024-cü il Avropa çempionatında iştirakdan kənarlaşdırıla, İspaniya klubları isə növbəti mövsümdə avrokuboklarda oynamaya bilər.

Qeyd edək ki, püşkatmanın nəticələrinə əsasən, İspaniya millisi AVRO-2024-də B qrupuna düşüb. İspanların Xorvatiya, İtaliya və Albaniya milliləri ilə qarşılaşması planlaşdırılır.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->