Lənkəranda 3 yaşlı uşağa qarşı zorakılıq edərək ona ciddi xəsarətlər yetirməkdə təqsirləndirilən atalıq Qismət Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Qaynarinfo xəbər verir ki, bu barədə DİN-dən məlumat verilib.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, 2023-cü il təvəllüdlü Ə.E müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Uşağa ilkin tibbi xidmətlər göstərilib, vəziyyəti ağır qiymətləndirilir. Uşağın səhhəti və təhlükəsizliyi nəzarətə götürülüb.
Şərhlər