XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib
Ölkə22:27 25.09.2026

Ceyhun Bayramov ATƏT-in baş katibi ilə regional təhlükəsizliyi və sülh prosesini müzakirə edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.

Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkəsində məlumat yayıb.

Tərəflər ATƏT-in gündəliyi ilə bağlı məsələləri, Azərbaycan–ATƏT əməkdaşlığını, mövcud Avropa təhlükəsizlik arxitekturasını və Cənubi Qafqazda regional sülh dinamikasını müzakirə ediblər.

C.Bayramov Azərbaycan–Ermənistan sülh prosesində əldə olunan irəliləyiş barədə məlumat verib. Vurğulayıb ki, ATƏT-in Minsk Prosesinin və onunla əlaqəli strukturların rəsmi şəkildə bağlanması münaqişədən sonrakı gündəliyin yekunlaşdırılması və institusional çərçivələrin regionun reallıqları ilə uyğunlaşdırılması baxımından mühüm addımdır.

Tərəflər həmçinin beynəlxalq təhlükəsizlik sahəsində əsas inkişaflarla bağlı fikir mübadiləsi aparıblar.