XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

KİV: ABŞ ordusu Kubaya qarşı hərbi əməliyyata hazırlaşır
Dünya18:49 25.09.2026

KİV: ABŞ ordusu Kubaya qarşı hərbi əməliyyata hazırlaşır

ABŞ Quru Qoşunlarının Ehtiyat Qüvvələri bir neçə aydan sonra Cənub Komandanlığının sərəncamına bir sıra dəstək bölmələrinin göndərilməsi imkanını qiymətləndirir. Bu, Kubaya qarşı hərbi əməliyyatın planlaşdırılması ilə əlaqəli ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə CBS telekanalı hərbçilərin daxili sənədinə və mənbələrə istinadən məlumat yayıb.

Sənədə əsasən, Ehtiyat Qüvvələrinin qərargahı tabeliyindəki komandanlıqlardan Cənub Komandanlığının tərkibinə verilə biləcək altı növ bölmənin mövcudluğu barədə məlumat istəyib. Sənəddə bu bölmələrə “90-120 gün ərzində” ehtiyac yarana biləcəyi qeyd olunur.

Siyahıya döyüş təminatı batalyonu, mühəndis batalyonu, tibbi briqada, reanimasiya və cərrahiyyə üzrə ön dəstə, hərbi polis briqadası və arxa təminata komandanlıq edən bölmə daxil edilib.

Sorğuda Kubanın adı çəkilmir. Bununla belə, bir neçə mənbənin iddiasına görə, uzunmüddətli hərbi planlaşdırma məhz bu ada dövlətinə qarşı yönəlib.

ABŞ Silahlı Qüvvələrinin anonim qalmaq istəyən bir neçə hərbçisi CBS-ə bildiriblər ki, bu il amerikalı hərbçilər Kuba ətrafındakı sualtı və dənizdən yaxınlaşma yollarını dəqiqləşdirmək məqsədilə kəşfiyyat əməliyyatları keçiriblər.

ABŞ dövlət katibi Marko Rubio sentyabrın 23-də ABŞ-ın Kubada “çox ciddi” dəyişikliklərə nail olmağa çalışdığını bildirib.

İyunun 7-də isə Kuba hakimiyyətinin mülki əhaliyə silah paylamağa başladığı və yerli sakinləri ABŞ-ın mümkün hərbi müdaxiləsinə hazırlaşmağa rəsmi şəkildə çağırdığı barədə məlumat yayılmışdı.

Aydın