XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Boksçumuz Avropa çempionatında gümüş medal qazandı
İdman21:59 25.09.2026

Boksçumuz Avropa çempionatında gümüş medal qazandı

Azərbaycan boksçusu Nəbi İsgəndərov Avropa çempionatında gümüş medal qazanıb

Azərbaycan Boks Federasiyasından NOCOMMENT.az-a verilən məlumata görə, 70 kiloqram çəki dərəcəsində mübarizə aparan millinin üzvü Sofiyada keçirilən Avropa çempionatında komandamızın hesabına növbəti medalı yazdırıb.

Qeyd edək ki, baş məşqçi Ravşan Xocayevin rəhbərlik etdiyi komandada daha öncə Sübhan Mamedov (50 kiloqram) qızıl, Amin Məmmədzadə (55 kiloqram) və Məhəmməd Abdullayev (+90 kiloqram) bürünc medal qazanıblar.