XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı
Ölkə18:11 25.09.2026

Metroda kişi qatar yoluna düşdü, hərəkət dayandı

Bakı metrosunun 20 yanvar stansiyasında problem yaranıb.

Qaynarinfo xəbər verir ki, saat 18:00 radələrində ortayaşlı kişi sərnişin Nizami istiqamətinə gedən qatar yoluna düşüb.

Həmin vaxt stansiyada olan xanım əməkdaşın və polis əməkdaşlarının çevik müdaxiləsi nəticəsində faciə baş verməyib.

Qatar stansiyaya daxil olarkən dayandırılıb, sərnişin isə polislər və xanım əməkdaşın köməyi ilə tuneldən çıxarılıb. Qatarların hərəkətin 5 dəqiqəlik fasilə yaranıb.

Aydın