XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Anji"nin keçmiş futbolçusu narkotik işi üzrə həbs edildi
İdman17:26 25.09.2026

"Anji"nin keçmiş futbolçusu narkotik işi üzrə həbs edildi

Futbol klubu “Anji”nin keçmiş müdafiəçisi Şamil Həsənov Moskva məhkəməsinin qərarı ilə narkotiklərlə bağlı cinayət işi üzrə həbs edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə “Mash na sporte” Telegram kanalı məlumat yayıb.

İstintaqın məlumatına görə, 22 sentyabrda 33 yaşlı futbolçu internet vasitəsilə narkotik vasitə əldə edib, “gizli qoyulmuş bağlamanın” koordinatlarını alaraq həmin yerə gedib. Əldə etdiyi maddəni axtardığı zaman hüquq-mühafizə əməkdaşları onu aşkar edərək saxlayıblar. Həsənov polis şöbəsinə aparılıb və iş məhkəməyə göndərilib. Məhkəmə iclasında onun 22 noyabr tarixinədək həbsdə saxlanılmasına qərar verilib.

Futbolçu 2023-cü ilin yayında da narkotik vasitə ilə saxlanılıb. Həmin vaxt yol-patrul xidməti əməkdaşları onun avtomobilini saxlayıb. Axtarış zamanı avtomobildən 0,54 qram mefedron olan bükülü bağlama aşkarlanıb.

Həsənov karyerası ərzində bir çox klubda çıxış edib. Onların arasında “Podolye”, “Anji”, “Tromse”, “Yenisey”, “Baltika”, “Çayka”, “Legion-Dinamo”, Mahaçqaladan “Dinamo”, həmçinin Özbəkistanın “Surxan” klubları olub. Futbolçu cari ilin fevral ayından İkinci Liqada çıxış edən “Murom” klubunda oynayıb.

Aydın