XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Qonşusunu zirzəmidə tutdu, "dəvtliyəm" cavabını aldı - 300 manat cərimələndi
Ölkə18:08 25.09.2026

Qonşusunu zirzəmidə tutdu, "dəvtliyəm" cavabını aldı - 300 manat cərimələndi

Ağsuda qonşusunu zirzəmidə görüb döyməkdə təqsirləndirilən şəxs cərimələnib.

Qaynarinfo xəbər verir ki, hadisə 2026-cı ildə saat 21:00 radələrində baş verib.

Məhkəmə materiallarına görə, 1990-cı il təvəllüdlü şəxs yaşadığı evin həyətində qonşusunu döyərək ona xəsarət yetirməkdə təqsirləndirilib.

Təqsirləndirilən şəxs ittihamı qəbul etməyib. O bildirib ki, evə gəldikdən sonra həyat yoldaşının davranışlarından şübhələnərək həyətə düşüb və evin zirzəmisindən səs eşidib. Zirzəmiyə işıq salanda qonşusunu orada gizlənmiş vəziyyətdə görüb. “Burada nə gəzirsən?” sualına “dəvətliyəm” cavabını aldığını deyib. Daha sonra tərəflər arasında əlbəyaxa dava düşüb və həyat yoldaşı onları ayırıb.

Zərərçəkmiş isə qonşusunun ona armaturla baş nahiyəsindən zərbə endirdiyini bildirib.

Məhkəmə-tibbi ekspertizanın rəyinə əsasən, zərərçəkmişin bədənində qançır və sıyrıqlar aşkarlanıb. Xəsarətlərin küt-bərk əşyanın təsirindən yarandığı müəyyən edilib.

Məhkəmə təqsirləndirilən şəxsi İXM-in 157-ci maddəsi ilə təqsirli bilib və 300 manat cərimə edib.

Aydın