XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Mançester Siti" 114 pozuntu üzrə təqsirli bilindi: Çempionluqlar əlindən alına bilər
İdman18:29 25.09.2026

"Mançester Siti" 114 pozuntu üzrə təqsirli bilindi: Çempionluqlar əlindən alına bilər

“Mançester Siti” böyük böhranla üz-üzədir.

Qaynarinfo "The Athletic"ə istinadən xəbər verir ki, klub Premyer Liqanın maliyyə qaydalarını pozması ilə bağlı ona qarşı irəli sürülən 115 ittihamdan 114-ü üzrə cümə günü günortadan sonra təqsirli bilinib.

Premyer Liqa təxminən bir il yarım əvvəl Mançester klubu ilə bağlı 115 maddədən ibarət ittiham dosyesi hazırlamışdı. “The Citizens”in maliyyə qaydalarını geniş şəkildə pozduğu iddia olunurdu.

Bu 115 ittihamın 54-ü, məsələn, 2009/10-2017/18 mövsümləri arasında maliyyə məlumatlarının düzgün təqdim edilməməsi ilə bağlı idi.

Premyer Liqanın prezidenti Riçard Masters daha əvvəl “Mançester Siti”nin pozuntuları ilə bağlı araşdırmanın ilkin olaraq gözləniləndən daha uzun çəkdiyini bildirmişdi.

“The Athletic”in məlumatına görə, “Mançester Siti” xüsusi olaraq seçilmiş komitənin çıxardığı qərardan apellyasiya şikayəti verəcək. Kluba hansı cəzanın tətbiq ediləcəyi isə hələ məlum deyil.

Mümkün cəzalar Premyer Liqanın qaydalar kitabının W.51 maddəsində nəzərdə tutulub. Sanksiyalar töhmət və maliyyə cərimələrindən tutmuş xal silinməsinə və hətta Premyer Liqadan xaric edilməyə qədər dəyişə bilər.

Xal silinməsi cəzası həm qərarın qəbul edildiyi vaxt, həm də geriyə dönük şəkildə tətbiq oluna bilər. Bu isə “Mançester Siti”nin əvvəlki çempionluqlarını belə itirməsi ehtimalını gündəmə gətirir.

Aydın