XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

ÜST rəhbərindən xəbərdarlıq: Yeni pandemiya qaçılmazdır!
Dünya23:59 25.09.2026

ÜST rəhbərindən xəbərdarlıq: Yeni pandemiya qaçılmazdır!

Yeni tənəffüs patogenin ortaya çıxması COVID-19 pandemiyası ilə müqayisə oluna biləcək nəticələrə malik pandemiyaya səbəb ola bilər.

Qaynarinfo xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Nyu-Yorkda BMT Baş Assambleyasının iclası çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Gecələr məni yuxudan oyadan narahatlıqlardan biri yeni tənəffüs patogenin ortaya çıxma ehtimalıdır. Bu isə COVID-in yaratdığı nəticələrə bənzər fəsadlara səbəb ola bilər", - o deyib.

Qebreyesus vurğulayıb ki, yeni pandemiya qaçılmazdır və bu, zaman məsələsidir: "Növbəti pandemiya "əgər" yox, "nə vaxt" məsələsidir".