Fələstin prezidenti Mahmud Abbas BMT Baş Assambleyasına video müraciətində parlament seçkilərinin noyabrın 28-də keçirilməsi planını təsdiqləyib.
Qaynarinfo xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Seçkilər 2006-cı ildən bəri ilk parlament seçkiləri ola bilər.
İyul ayında imzalanmış prezident fərmanına əsasən, seçkilər Şərqi Qüdsdə, İordan çayının qərb sahilində və Qəzza zolağında keçirilməlidir.
Bununla yanaşı, Fələstinin “Fəth” siyasi hərəkatında səsvermənin baş tutacağına şübhə ilə yanaşırlar. İsrail Qəzzaya seçki qutularının və bülletenlərin keçirilməsinə icazə vermir, namizədlərin siyahısı isə hələ açıqlanmayıb.
Mahmud Abbas çıxışında milli islahat proqramının yerinə yetirildiyini də bildirib. O, ABŞ-ın Fələstin Milli Administrasiyasının nümayəndələrinə viza verməməsini pisləyib. Bunun nəticəsində Fələstin nümayəndə heyətinin BMT Baş Assambleyasının iclasında iştirakına imkan verilməyib.
Aydın
Şərhlər