XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Azərbaycan iqtisadiyyatı geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirib"
Ekonomiks13:52 25.09.2026

"Azərbaycan iqtisadiyyatı geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirib"

“Azərbaycan iqtisadiyyatı qlobal qeyri-müəyyənlik və geosiyasi çağırışlar fonunda yüksək dayanıqlıq nümayiş etdirmişdir”.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına ünvanladığı müraciətində deyilir.

Dövlət başçısının sözlərinə görə, iqtisadiyyatın şaxələndirilməsi strateji hədəflərimizin əsasını təşkil edir və qeyri-neft sektoru iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrilib.

“2020-ci ildən etibarən qeyri-neft sektorunda real ÜDM artımı orta hesabla ildə 5 faiz təşkil etmiş, qeyri-neft sənayesi 1,5 dəfə artmış, qeyri-neft ixracı isə təxminən iki dəfə yüksəlmişdir. Nəticədə 2025-ci ildə qeyri-neft sektorunun ÜDM-də payı 72 faizə çatmışdır”, - Prezident İlham Əliyev vurğulayıb.