XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalandı (FOTO)
Ekonomiks14:04 25.09.2026

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində 11 sənəd imzalandı (FOTO)

Prezident İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Azərbaycan regionlar arasında strateji keçid kimi” mövzusunda sessiya çərçivəsində 11 sənəd imzalanıb.

Qaynarinfo xəbər verir ki, tikinti və inkişaf sahəsində əməkdaşlığa dair sənəd iqtisadiyyat nazirinin müavini Anar Axundov və "ROX Group" Səhmdar Cəmiyyətinin baş icraçı direktorunun müavini Ta Ngoc Da tərəfindən imzalanıb.

Azərbaycanın rəqəmsal iqtisadiyyatının inkişafı üzrə əməkdaşlıq üzrə sənəd iqtisadiyyat nazirinin müavini Azər Bayramov və "Microsoft Romania, Moldova & CIS" şirkətinin baş meneceri Qabriela Popesku tərəfindən imzalanıb.

Azərbaycanda Günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədini energetika nazirinin müavini Elnur Soltanov və "Energy Companies – ROX Group" İcraiyyə Şurasının sədri Pham Minh Tuan imzalayıblar.

Yeni texnologiyalar əsasında silisium karbid, silisium oksid və silisium istehsalını nəzərdə tutan sənədi Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov və "Inovest AFEZCO"nun təsisçisi Vitali Yevdokimenko imzalayıblar.

“ABAK-WASSERSTEIN” İsveçrə-Azərbaycan plantasiya və emal müəssisələri layihələrinə dair sənəd Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov və İsveçrənin "iCsquared GmbH" şirkətinin nümayəndəsi Zoltan Peter Ştuxlik tərəfindən imzalanıb.

Ağdam quşçuluq layihəsi üzrə sənəd Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov, "AgroDairy" MMC-nin Baş icraçı direktoru Niyazi Əmirbəyov və "AGROFERT, a.s."ın İdarə Heyətinin sədr müavini Petr Çinqr tərəfindən imzalanıb.

Baytarlıq peyvəndlərinin istehsalı layihəsinə dair sənədi Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və "VETAL HAYVAN SAĞLIĞI ÜRÜNLERİ A.Ş." direktoru Abdullah Tutak imzalayıblar.

Əczaçılıq istehsalı müəssisəsinin yaradılmasına dair sənəd Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədri Ülvi Mansurov və "Saneca Pharmaceuticals, a.s." şirkətinin baş maliyyə direktoru Ondrej Draqun tərəfindən imzalanıb.

Azərbaycan-Oman Birbaşa İnvestisiya Fondu tərəfindən "Azər-Türk Bank" ASC-də nəzarət etməyən payın əldə edilməsinə dair sənədi ASC-nin Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Baş icraçı direktoru vəzifəsini icra edən Dəyanət Sədullayev və Oman İnvestisiya Qurumunun "G2G Funds" üzrə böyük meneceri Saif Almahrouqi tərəfindən imzalayıblar.

"Esyasoft", ADSEA və SOCAR arasında əməkdaşlıq üzrə sənəd SOCAR-ın prezidenti Rövşən Nəcəf, "Esyasoft"un nümayəndəsi Bibin Çandra və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov tərəfindən imzalanıb.

İnvestisiyaların təşviqi sahəsində Azərbaycan və Ukrayna arasında əməkdaşlığa dair sənəd AZPROMO-nun İcraçı direktoru Yusif Abdullayev və "UkraineInvest"in icraçı direktoru Maryna Xlistun tərəfindən imzalanıb.