Xəbər lenti

Azərbaycanda ətin satışı ƏDV-dən azad edilir
Ekonomiks 23:14 22.10.2019

Azərbaycanda ətin satışı ƏDV-dən azad edilir

Azərbaycanda heyvan ətinin satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilir.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, Vergilər Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, heyvan ətinin satışı 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad ediləcək.

Eyni zamanda quş ətinin satışının ƏDV-dən azad edilməsi müddəti də artırılır. Hazırda qüvvədə olan qanuna görə, quş ətinin satışı 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilib. Təklif quş ətinin satışının 2020-ci il yanvarın 1-dən 4 il müddətinə ƏDV-dən azad edilməsini nəzərdə tutur.

Bu maddənin müddəaları kəsilmiş və dondurulmuş ətlər istisna olmaqla, emala məruz qalan heyvan ətinə münasibətdə şamil edilmir.

Qanun layihəsi Milli Məclisin 12,13 və 14 noyabr tarixlərində keçiriləcək iclaslarının gündəliyinə daxil edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->