Xəbər lenti

Azərbaycanda formasını yerə çırpan futbolçunun 1 aylıq maaşı kəsildi
İdman 22:36 25.09.2018

Azərbaycanda formasını yerə çırpan futbolçunun 1 aylıq maaşı kəsildi

AFFA-nın bu gün keçirilən İntizam Komitəsinin iclasında I Divizionun IV turu çərçivəsində reallaşan "Zaqatala” - "Kəpəz” oyununda baş verən hadisələrə qiymət verilib.

Qaynarinfo xəbər verir ki, oyunun 90+3-cü dəqiqəsində "sarı-göylər”in futbolçusu Eltac Mirzəyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçuya 3 oyunluq cəza verilib. Klub isə 240 manat cərimə olunub. 

Onu da qeyd edək ki, Eltac meydançanı tərk edərkən komandanın formasını nümayişkaranə şəkildə yerə atıb. Bu addım isə istər klubda, istərsə də azarkeşlər arasında heç də birmənalı qarşılanmayıb. Məlum hadisə ilə bağlı məşqçilər korpusunun təqdimatına əsasən, rəhbərlik tərəfindən Mirzəyevlə bağlı sərt qərarlar qəbul edilib.

Belə ki, futbolçunun bir aylıq məvacibi kəsilib və bir müddət məşqlərdən kənarlaşdırılıb. Klubdaxili iclasda etdiyi hərəkətdən peşman olduğunu dilə gətirən Mirzəyev kollektivdən və azarkeşlərdən üzr istəyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->