Xəbər lenti

Azərbaycanda hüquq müdafiəçisinin ofisi dağıdıldı: 1 yaralı
Ölkə 11:56 22.07.2013

Azərbaycanda hüquq müdafiəçisinin ofisi dağıdıldı: 1 yaralı

“Təmiz Dünya” Qadınlara Yardın İçtimai Birliyinin İçərişəhər, İlyas Əfəndiyev 18 ünvanında yerləşən ofisi dağılır.

Məlumat üçün deyək ki, bu ofisdə təşkilatın zorakılığa məruz qalan qadınlar üçün sığınacağı yerləşir. Sözügedən sığınacaqda gün ərzində onlarla köməksiz qadın qalır. Bundan başqa, təşkilatın əməkdaşları da , məhz bu ofisdə işləyir və gün ərzində vətəndaşlara pulsuz hüquqi yardım göstərir.

Təşkilatın ofisində problem ötən həftənin cümə günü səhər saatlarında yaranıb. Belə ki, ofisin arxa hissəsində yerləşən mənzilləri adı məxfi saxlanılan şirkət alaraq burada tikinti işlərinə başlayıb. Bəzi xəbərlərə görə, adə bəli olmayan şirkət ərazidə yeni otel inşa edir. Otelin özəyi qazılan zaman isə “Tənmiz Dünya” Təşkilatının ofisinə əvvəlcədən hər hansı bir xəbərdarlıq edilməyib. Nəticədə özül qazılan zaman divarlarında böyük çatlar əmələ gəlib və mənzil qəzalı vəziyyətə düşüb. Ofisin otaqlarından biri artıq uçaraq yararsız hala salınıb. Məlumata görə, İlyas Əfəndiyev küçəsində yerləşən daha 4 mənzil də anoloji vəziyyətlə üzləşib. Bu zaman qeyri qanuni və sistemsiz olaraq evakuasiya prosesi həyata keçirilib və bu məsələnin ictimailəşməməsi üçün “tədbirlər” görülüb.

Ən maraqlısı və absurd doğuran məqam öldür ki, təşkilatın sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova ATƏT-in xətti ilə Naxçıvanda tədbirdə olduğu zaman onun ofisini məcburi şəkildə şəraiti olmayan bir mənzilə (kirayə tutularaq) köçürülüb. Hazırda təşkilatın fəaliyyəti iflic olub və zorakılığa məruz qalan onlarla qadın küçədə qalıb. Başqa sözlə desək ölkənin daha bir hüquq müdafiəçisinin ofisi qəzalı vəziyyətə salınıb və onun fəaliyyət göstərməsi üçün ciddi problem yaranıb. Hadisə baş verən kimi təşkilat “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna müraciət edib. Amma qoruq nümayəndələri ofisdə olsalar da, ofisin aktaşdırılmasından imtina ediblər. Bu isə maraqlı məqamlardan xəbər verməyə bilməz. Məhz bu səbəbdən də əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dəvət edilməyib və fakt sanki qapalı saxlanılıb.

Ən son xəbərə görə, hazırda ofisin əməkdaşlarının işləmək üçün yeri yoxdur, üstəlik təşkilat faktiki olaraq küçədə qalıb. Belə bir vəziyyətin yaranmasına səbəb olan şirkət isə susur.

Onu da xatırladaq ki, bundan öncə hüquq müdafiəçisi Leyla Yunusun Şəmsi Bədəlbəyli küçəsində yerləşən ofisi tikinti maqnatlarının “qurbanı” olub. Nəticədə onlarla beynəlxalq təşkilat bəyanat verib, ölkəmizin imici haqqında mənfi təəssürat yaranıb, mötəbər tədbirlərdə Azərbaycanda hüquq müdafiəçisinin ofisinin dağıdıldığı rəyi yaradılıb.

Prezident seçkiləri öncəsi ikinci hüquq müdafiəçisinin şəhərin mərkəzində yerləşən ofisi ilə bağlı belə şəraitin yaranması ölkənin imici baxımından pozitiv bir şey vəd etməyəcək.

Son əldə etdiyimiz məlumata görə, bina tamamilə sökülüb. Bir yaralının olduğu bildirilir

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->