Danışılmış oyunlarda iştirak etdiyi iddiası AFFA tərəfindən futboldan uzaqlaşdırılan Nizami Hacıyev, Mirhüseyn Seyidov və Ağakişi Mehdizadə futbola qayıda bilər.
Yayılan məlumatlara görə, futbolçuların və Ağakişi Mehdizadənin günahı sütuta yetirilməyib. Bakı Şəhər Prokurorluğunda günahlandırılan şəxslərin işinə baxılsa da, geridə qalan bir ildə konkret hansı günahın sahibi olduqlarını müəyyən etmək mümkün olmayıb. Belədə həm onların, həm də Ağakişi Mehdizadənin cinayət işinə xitam verilib. Bununla bağlı günahlandırılan şəxslərin özünə də bildiriş məktubu ünvanlanıb.
İndi futbolçular və Ağakişi Mehdizadə ilə bağlı AFFA qərar verməli və günahı sübuta yetirilməyən şəxsləri bağışlamalıdır. Lakin əldə etdiyimiz məlumata görə, AFFA həmin şəxslərlə bağlı qərarını dəyişmək niyyətində deyil.
Qeyd edək ki, Nizami Hacıyev, Mirhüseyn Seyidov və Ağakişi Mehdizadə ötən ilin dekabr ayında futboldan ömürlük uzaqlaşdırılıblar. (Futbol11.az)
Şərhlər