Ölkə 23:22 06.05.2021

Azərbaycanda ilk dəfə inşa edilən “Ro-Pax” gəmisi ilə Qazaxıstana yükdaşıma başlanıldı

Ölkəmizdə inşa edilən "Azərbaycan” Ro-Pax tipli gəmi ilk səfərini Bakı Limanından gerçəkləşdirəcək.

Qaynarinfo xəbər verir ki, bu barıdı "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. 

Bildirilib ki, hazırda Bakı Limanında gəminin yüklənməsi prosesi operativ şəkildə həyata keçirilir. 

İlk səfərini Qazaxıstanın Kurık limanına edəcək gəmi vasitəsiylə 40 ağırtonnajlı avtomabil (TIR), 19 minik maşını və 43-ü TIR sürücüsü olmaqla, 47 sərnişinin daşınması planlaşdırılır.

Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması gözlənilir.