Ölkə 19:30 23.02.2021

Azərbaycanda indiyədək nə qədər insan peyvənd olunub?

Fevralın 23-ə olan məlumata əsasən ölkə üzrə 207 mindən artıq vətəndaş 1-ci doza, 35 mindən artıq vətəndaş isə 2-ci doza peyvəndi qəbul edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədovun sözlərinə görə, yaşı 65-dən yuxarı vətəndaşlardan 1-ci dozanı qəbul edənlərin sayı 75 762 nəfər, 2-ci dozanı qəbul edənlərin sayı isə 1 312 nəfərdir.

Hökumət rəsmisi qeyd edib ki, 50-64 yaşlarında olan vətəndaşlardan 1-ci dozanı qəbul edənlərin sayı 90 950 nəfər, 2-ci dozanı qəbul edənlərin sayı isə 14 638 nəfərdir.