Xəbər lenti

İş adamına elektroşok verib, 70 min pulu oğurladılar (FOTO/VİDEO)
Foto 11:36 03.05.2018

İş adamına elektroşok verib, 70 min pulu oğurladılar (FOTO/VİDEO)

Mingəçevirin "Azdress” qəsəbəsində işə gedən 32 yaşlı Elvin Abdullayev 2 nəfərin hücumuna məruz qalıb.

Qaynarinfo ARB TV-yə istinadən xəbər verir ki, hadisə zamanı şirkət işçisi olan E.Abdullayevin üzərində külli miqdarda pul olub. Cinayətkarklar Elvinə elektroşokla təsir göstərdikdən sonra içərisində 70 min manat olan çantanı götürərək hadisə yerindən uzaqlaşıblar.

Zərərçəkənin atasının sözlərinə görə oğlu pulu şirkətə təhvil verməli imiş.

Rafiq Abdullayev- Zərərçəkənin atası: "Oğlum deyir ayağımı 2-ci mərtəbəyə basanda arxadan elektroşok veriblər. Bu zaman halsız vəziyyətə düşüb və yuvarlanaraq 2-ci mərtəbə ilə 1-ci mərtəbənin arasına düşüb. Oğlum halsız vəziyyətdə sumkanı əlindən buraxan kimi, onlar pulu götürüb qaçıblar. Şirkətə məxsus 70 min manat pul olub. Onun 5 minə qədəri isə düşüb "padyezə””.

Faktla bağlı araşdırma aparılır.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->