Ölkə 16:39 12.04.2021

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1151 yeni yoluxma faktı qeydə alınıb, 1052 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 287 144 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 251 760 nəfər müalicə olunaraq sağalıb, 3 944 nəfər vəfat edib. 31 440 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 687, bu günə qədər isə ümumilikdə 3 026 132 test icra olunub.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 100 vaksin vurulub. Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 86 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 177 187, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 758 289, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 418 898 təşkil edir.