Xəbər lenti

Azərbaycanda kriminal avtoritet həbs edilib
Ölkə 10:48 21.10.2013

Azərbaycanda kriminal avtoritet həbs edilib

Azərbaycanda kriminal avtoritet həbs edilib.

Bu barədə APA-ya Sumqayıt şəhər hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Corat qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Mirzəyev Ramil Cəbrayıl oğlu narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinərək həbs edilib. Saxlanılarkən ondan marixuana götürülüb.

Hüquq-mühafizə orqanlarından həmçinin APA-ya bildirilib ki, R. Mirzəyev kriminal aləmdə “Lal” ləqəbi ilə tanınıb. 2013-cü ilin yanvarında Sumqayıtda “Saşa” ləqəbi ilə tanınan avtoritet Elnur Babayevin həbsindən sonra R. Mirəzyev şəhərdə “obşak”a baxırmış.

Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->