Video 13:10 10.12.2018

Azərbaycanda məktəbdə acınacaqlı vəziyyət: "Donuruq" (VİDEO)

Sosial şəbəkədə Cəlilabad rayonunda yerləşən  məktəbin şagirdlərinin dərs keçməsi üçün yararsız  olduğu barədə video yayılıb.
 
Videoda məktəbin Cəlilabad rayonu Kövüzbulaq (Soyuqbulaq) kəndində yerləşdiyi bildirilir. Çəkilişdən də göründüyü kimi məktəbin binası dağınıq vəziyyətdədir. Otaqları toz bürüyüb, divarlar çat verib. Çəkiliş zamanı uşaqlar da bu vəziyyətdən çox əziyyət çəkdiklərini, dərsdə oturduqları müddətdə üşüdüklərini deyirlər.
 
Düşünürük ki,  Təhsil Nazirliyi məsələ ilə maraqlanacaq və müəyyən tədbirlər görəcəkdir. (Anews.az)
 

 
Tətbiqlərimizi endirin, xəbərə daha yaxın olun!